Səfir Məhərrəm Əliyev İran İslam Respublikasının Belarus Respublikasındakı səfiri Alireza Sanei ilə görüşüb
15 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhərrəm Əliyev İran İslam Respublikasının Belarus Respublikasındakı səfiri Alireza Sanei ilə görüşüb.
Tərəflər Azərbaycan-İran münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini müzakirə edib, aktual beynəlxalq problemlər, regiondakı vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfir, həmçinin, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işləri barədə həmkarına məlumat verib.