MƏHKUMLUQ BARƏDƏ ARAYIŞIN VERİLMƏSİ
Vətəndaşın Azərbaycan Respublikası ərazisində məhkumluğun olması (olmaması) barədə arayışın alınması üçün Səfirliyin Konsulluq şöbəsinə aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
- Azərbaycan Respublikasından sənədin sorğu edilməsi haqqında vətəndaşın ərizəsi;
- ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi);
- sorğu göndərilməsi üçün Səfirliyin hesabına 10 ABŞ dolları məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz;
- sorğuya cavab alındıqdan sonra arayışın verilməsinə görə Səfirliyin hesabına dövlət rüsumunun 10 ABŞ dolları məbləğində ödənilməsini təsdiq edən qəbz.