Səfir

                                                  

                                                 

Fövqəladə və səlahiyyətli səfir

Məhərrəm Abış oğlu Əliyev

20.10.1951 – Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub.

Təhsili:

1975-1978 – SSRİ Daxili İşlər Nazirliyinin Moskva Xüsusi Orta Polis Məktəbi;

1980-1985 – Moskva şəhərindəki Ümumiittifaq Hüquq İnstitutu.

Peşə fəaliyyəti:

1973-1982 – Moskva şəhərində SSR Daxili İşlər Nazirliyinin orqanlarında cinayət axtarışı üzrə əməliyyat müvəkkili.

1982-1989 – Bakı şəhəri Nizami rayon Daxili işlər şöbəsinin Cinayət axtarış bölməsində ispektor, baş inspektor, Bakı şəhəri Sabunçu rayon Daxili işlər şöbəsinin Cinayət axtarış bölməsinin rəisi;

1989-1992  – Bakı şəhəri Xətai rayon Daxili işlər şöbəsinin Cinayət axtarış bölməsində əməliyyatçı, rəis müavini, Bakı şəhəri Xətai rayon Daxili işlər İdarəsinin 36-cı və 37-ci milis bölmələrində rəis müavini;

1992-1993 – Bakı şəhəri Səbail rayon Polis İdarəsinin rəisi;

1993-2007 – Bakı şəhər Baş Polis İdarəsinin rəisi;

2007-2011 – Azərbaycan Respublikasının Tacikistanda fövqəladə və səlahiyyətli səfiri;

2012-2017 – Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri;

2017-2019  – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini;

2019-2023 – Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri;

С 09.12.2023 – Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Ailə vəziyyəti: evlidir, iki övladı var.

Hərbi rütbə: general-polkovnik.

Diplomatik rütbə: fövqəladə və səlahiyyətli səfir.

Təltiflər:

1998 –  “Azərbaycan bayrağı” ordeni;

2013 – “Vətən uğrunda” medalı;

2014 – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni;

2018 – 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni;

2021 – “Şöhrət” ordeni

Dil bilikləri: rus dili.

 

Arxiv üzrə axtarış