2024-08-14

Səfir Məhərrəm Əliyev və Belarus Respublikası Xarici İşlər Nazirinin müavini İqor Nazaruk arasında işgüzar görüş keçirilib

14 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhərrəm Əliyev və Belarus Respublikası Xarici İşlər Nazirinin müavini İqor Nazaruk arasında işgüzar görüş keçirilib.

Səmimi şəraitində keçən görüşdə tərəflər Azərbaycan-Belarus əməkdaşlığının cari məsələləri və müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin nəzərdə tutulan ikitərəfli görüşlərin keçirilməsi ilə bağlı planlar və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 2024-cü ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasında Belarus tərəfinin planlaşdırılan iştirakı ilə bağlı müzakirələr aparıblar.

Görüşdə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun bu ilin may ayında Azərbaycan Respublikasına rəsmi səfəri zamanı iki dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Arxiv üzrə axtarış