Azərbaycan dili və Mədəniyyəti Mərkəzində "Azərbaycan poeziyası günü" adlı musiqili-poetik tədbir keçirilib
4 аprel 2024-cü il tarixdə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin (BDPU) nəzdində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Mərkəzində "Azərbaycan poeziyası günü" adlı musiqili-poetik tədbir keçirilib. Universitetin filologiya fakültəsinin tələbələrinin ifasında M.Gəncəvi, N.Gəncəvi, Nəsimi, Füzuli, Ş.İ.Xətai, Vaqif, Vidadi, X.Natəvan, Sabir, S.Vurğun və digər Azərbaycan şairlərinin şeirləri səsləndirilib. Tədbir iştirakçıları Azərbaycan ənənəvi musiqisinin əsas janrlarından olan muğam və aşıq sənəti ilə tanış olublar. Mərkəzin direktoru F.İbrahimov tədbirə moderatorluq edib.
Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Səfirliyin əməkdaşları, BDPU-nun birinci prorektoru S.İ.Kopteva, filologiya fakültəsinin dekanı V.D.Stariçenok, Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin dekanı S.Abuşeva və Azərbaycan ədəbiyyatı kafedrasının professoru L.İmamalıyeva, Minsk Dövlət Linqvistik Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru R.Rəcəbli, Belarusdakı Azərbaycan diasporasının nümayəndələri, universitetin əməkdaşları və tələbələri iştirak edib.