2024-02-15

Səfir M.Əliyev etimadnaməsini Belarus Respublikasının Prezidentinə təqdim edib

15 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev etimadnaməsini Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təqdim edib.

Belarus Prezidenti Belarusun Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini vurğuyalıb və konstruktiv yanaşmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. Dövlət başçısı iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan qarşılıqlı maraq doğuran sahələrdə məsələlərin həlli üçün daha fəal istifadə etməyi təklif edib.

M.Əliyev Azərbaycanın uzun illərdən bəri Belarusla formalaşmış dostluq əlaqələrini qeyd edib və səfirin ən mühüm vəzifəsininin iki dövlət arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verməkdən ibarət olduğunu bildirib. Səfir Azərbaycan və Belarusun arasında ikitərəfli əməkdaşlıqda qarşılıqlı maraq doğuran bir sıra məsələlərin olduğunu vurğulayıb.

Arxiv üzrə axtarış