2024-01-30

7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakla əlaqədar qeydiyyatdan keçmiş seçicilərin NƏZƏRİNƏ!!!

7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyində seçki məntəqəsi yaradılmışdır.

Səsvermə 7 fevral 2024-cü il tarixində, saat 08:00-dan 19:00-dək Minsk şəhəri, Starovilenski trakt 5 ünvanında yerləşən Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyində keçiriləcəkdir.

Səsvermə zamanı 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportunu və ya Azərbaycan Respublikasının etibarlı şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

Arxiv üzrə axtarış