2024-01-16

Səfir M.Əliyev etimadnaməsinin surətini xarici işlər naziri S.Aleynikə təqdim edib

5 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev etimadnaməsinin surətini Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynikə təqdim edib.

Görüş zamanı tərəflər Azərbaycan-Belarus münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin gündəliyindəki məsələlər müzakirə edilib. Tərəflər ali və yüksək səviyyədə səfərlərin təşkilinə, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında əməkdaşlığın inkişafına dair “Yol xəritəsi”nin razılaşdırılması mövzularına xüsusi diqqət yetiriblər.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığa uyğun olaraq əlaqələrin daha da inkişafında maraqlı olduqlarını bir daha təsdiqləyiblər.

Nazir S.Aleynik M.Əliyevə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 

 

Arxiv üzrə axtarış