Belarus Respublikası ərazisində daimi yaşayan və (və ya) müvəqqəti olan, yaxud uzun müddətli xarici ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşlarının NƏZƏRİNƏ
7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.
Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Belarus Respublikasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçicii siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinə müraciət etmələri xahiş olunur.
Telefon: +375 17 300 37 66, +375 29 687 54 40
Elektron poçt : minsk@mission.mfa.gov.az
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.