2023-04-12

Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ülvi Baxşəliyev Minsk şəhərində Fövqəladə Hallar Nazirliyinin Həyat Təhlükəsizliyi üzrə Təhsil Mərkəzində olub

12 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Ülvi Baxşəliyev Minsk şəhərində Fövqəladə Hallar Nazirliyinin Həyat Təhlükəsizliyi üzrə Təhsil Mərkəzində olub.

Ü.Baxşəliyevə həyata keçirilən tədris prosesinin xüsusiyyətləri və Fövqəladə Hallar Nazirliyinin respublikanın regionlarında mühafizə mərkəzlərinin yaradılması istiqamətində aparılan davamlı işlər barədə məlumat verilib. Səfirin Mərkəzə səfəri zamanı, ekspozisiyaları müasir informasiya texnologiyaları, rəqəmsal mühit, virtual reallıq texnologiyalarından istifadə etməklə reallığın maksimum ötürülməsi ilə qurulmuş 37 interaktiv platforma nümayiş etdirilib.

Arxiv üzrə axtarış