2023-02-08

Azərbaycan Respublikasının səfiri Ülvi Baxşəliyev və Belarus Respublikasının Xarici işlər naziri Sergey Aleynik Azərbaycan-Belarus əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.

 7 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Ülvi Baxşəliyev Belarus Respublikasının Xarici İşlər Naziri Sergey Aleynik ilə görüşüb.

 Görüş zamanı tərəflər Azərbaycan-Belarus əməkdaşlığının aktual məsələlərini nəzərdən keçiriblər. Ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin zəruriliyi xüsusi vurğulanıb. Yaxın gələcəkdə planlaşdırılan ikitərəfli tədbirlər müzakirə edilib.

Arxiv üzrə axtarış