2022-12-31
Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası dekabrın 30-da axşam saatlarından başlayaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
Azərbaycanın Belarusdakı Səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiyada “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!” şüarı əksini tapıb.