2021-09-07

Səfir Ülvi Baxşəliyev Türkiyənin Belarusdakı səfiri Mustafa Özcan ilə nəzakət görüşü keçirmişdir.

Görüşdə xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyinin bu gün ən yüksək səviyyədə olduğu bir daha vurğulanmışdır. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətlərinin regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etdiyi, sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığının “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da güclənəcəyinə əminlik ifadə edilmişdir. Azərbaycanın 44 günlük Vətən Müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarının azad etdiyi, tarixi ədalətin zəfər çalması fəxarət hissi ilə qeyd edilmişdir.

Arxiv üzrə axtarış