2021-09-01

Belarus XİN rəhbəri Azərbaycan səfirinin etimadnamələrinin surətlərini qəbul edib

Sentyabrın 1-də Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyevin etimadnamələrinin surətlərini qəbul edib.

Bu barədə AZƏRTAC-a Belarus Respublikasının xarici işlər nazirinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə siyasi, ticari-iqtisadi və humanitar sahələrdə Belarus-Azərbaycan münasibətlərinin inkişafının aktual məsələləri, Minsk və Bakının beynəlxalq məkanlarda qarşılılıqlı fəaliyyəti, habelə bir sıra müştərək layihələrin icrasının gedişi müzakirə edilib.

Arxiv üzrə axtarış