2020-10-17

Belarusun Nümayəndələr Palatasının sədrinə Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

Azərbaycan tərəfinin təşəbbüsü ilə ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov Belarus Respublikasının Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tərəflər ikitərəfli münasibətlər və beynəlxalq gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti hərbi təcavüzü, Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət və bununla əlaqədar Azərbaycan tərəfinin həyata keçirdiyi təhlükəsizlik tədbirləri barədə danışılıb. Həmçinin tərəflər strateji tərəfdaşlıqdan irəli gələn öhdəliklər və münasibətlər ətrafında fikir mübadiləsi aparıblar.

Belarusun Nümayəndələr Palatasının internet səhifəsində görüş barədə məlumat verilib.

Arxiv üzrə axtarış