AZƏRBAYCAN RESPUBLIKASI VƏTƏNDAŞLIĞINDAN ÇIXMA QAYDALAR
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə Ərizə-anket - 5 (beş) nüsxədə və tam doldurulmalıdır;
- 5 ədəd rəngli fotoşəkil (35 mm x 45 mm);
- Ərizəçinin şəxsiyyətini təsdiq edən və digər mövcud sənədlərin surəti (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə və sairə) – 5 (beş) nüsxədə;
- Hərbi xidmət öhdəliyinin olmaması barədə sənəd (hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti və ya qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsindən arayış) - 5 (beş) nüsxədə;
- Tərcümeyi-hal - 5 (beş) nüsxədə;
- yaşayış yerindən ailə tərkibi haqqında arayış - 5 (beş) nüsxədə;
- Belarus Respublikasının rəsmi orqanları tərəfindən ərizəçinin Belarus Respublikasının vətəndaşlığına qəbul ediləcəyinə dair təminat məktubu - 5 (beş) nüsxədə;
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada) - 5 (beş) nüsxədə;
- Ərizəçinin Belarus Respublikasında yaşaması haqqında icazə - 5 (beş) nüsxədə;
- Şəxsin vətəndaşlığına xitam verilməsi üçün 60 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilməlidir.
- Belarus Respublikasının səlahiyyətli orqanları tərəfindən verilmiş bütün sənədlər notariat qaydada təsdiq olunmalıdır.
Qeyd: Əgər ərizəçi 14 yaşı tamam olmayan azyaşlı uşağı (uşaqları) ilə birgə vəsatəti təqdim edirsə:
- həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə-anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);
- uşağın (uşaqların) fotoşəkilləri;
- uşağa (uşaqlara) aid sənədlər (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə);
- uşağın (uşaqların) Belarus Respublikasının vətəndaşlığına qəbul ediləcəyinə dair təminat məktubu (əgər valideynin təminat məktubunda uşağın (uşaqların) adı (adları) qeyd edilibsə bu sənədin təqdim edilməsinə ehtiyac yoxdur);
- uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz edilmədiyinə dair digər valideynin razılıq ərizəsi(ərizə notariat qaydasında təsdiq edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Səfirlikdə şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə;
Qeyd: Əgər ərizəçi 14 – 18 yaşında olan uşaqları ilə birgə vəsatəti təqdim edirsə:
- həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə-anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);
- Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə Ərizə-anket (ərizə-anket 5 (beş) nüsxədə doldurulmalı);
- 5 (beş) ədəd rəngli fotoşəkil (35 mm x 45 mm);
- uşağa (uşaqlara) aid sənədlərin surəti (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə);
- tərcümeyi-hal;
- uşağın (uşaqların) valideynlə birgə Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etmədiyinə dair razılıq ərizəsi(ərizə notariat qaydasında təsdiq edilməlidir). Əgər sənədlər ərizəçilər tərəfindən Səfirlikdə şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur);
- hər iki valideynin uşağın (uşaqların) Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etməməsinə dair razılıq ərizəsitəqdim ediliməlidir və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə;
- İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 15 yaşdan yuxarı oğlan uşaqlarına şamil edilir;
Qeyd: Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi prosesinin tezləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizənin, ərizə-anketin və tərcümeyi-halın kompüterdə yazılması məqsədəuyğundur.