VƏTƏNDAŞLIQ MƏNSUBİYYƏTİNİN MÜƏYYƏN OLUNMASI QAYDALARI

Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.1-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin sorğusu əsasında başlanılır.

Vətəndaş tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğu etdikdə tələb olunan sənədlər:

Vətəndaş şəxsən aşağıdakı sənədləri təqdim edir:

  • ərizə-anket (nümunə);
  • 2 ədəd 3x4 sm. ölçüdə fotoşəkil (beş yaşadək uşaqlar istisna olmaqla);
  • tərcümeyi-hal;
  • pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
  • doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
  • yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;
  • dövlət rüsumunun ödənilməsi barədə qəbz

Dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğu etdikdə tələb olunan sənədlər:

Dövlət orqanları müraciət etdikdə müşayiət məktubu ilə aşağıdakı sənədlər təqdim edir:

  • sorğu vərəqəsi (nümunə);
  • 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil (beş yaşadək uşaqlar istisna olmaqla);
  • pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
  • doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);
  • yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;

Arxiv üzrə axtarış