İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Azərbaycan-Belarus əlaqələri

 

Siyasi münasibətlər

 

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə yaradılmışdır.  2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə Səfirliklər açılmışdır. 

Azərbaycanın Belarusda hazırkı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev etimadnaməsini 15 fevral 2024-cü il tarixdə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təqdim etmişdir. 

Belarusun Azərbaycanda hazırkı fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov etimadnaməsini 16 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.

Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun 2-3 may 2007-ci il tarixlərində Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, o cümlədən  Azərbaycan və Belarus prezidentləri tərəfindən 28 noyabr 2016-cı ildə Bakıda qəbul olunmuş Birgə Bəyanat ikitərəfli münasibətlərin inkişafına əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas siyasi sənədlərdir.

Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir birinə qarşılıqlı dəstək verirlər.

 

Dövlət başçılarının səfərləri:

2006-cı il 17-18 oktyabr - Prezident İlham Əliyevin rəsmi səfəri

2006-cı il 27-28 noyabr - Prezident İlham Əliyevin işgüzar səfəri

2007-ci il 1-3 may -  Prezident Aleksandr Lukaşenkonun rəsmi səfəri

2009-cu il 11-13 noyabr - Prezident İlham Əliyevin rəsmi səfəri

2010-cu il 3-4 iyun - Prezident Aleksandr Lukaşenkonun rəsmi səfəri

2012-ci il 28-29 avqust - Prezident İlham Əliyevin rəsmi səfəri

2013-cü il 20-21 noyabr - Prezident Aleksandr Lukaşenkonun rəsmi səfəri

2013-cü il 25 oktyabr - Prezident İlham Əliyevin işgüzar səfəri

2014-cü il 9-10 oktyabr - Prezident İlham Əliyevin işgüzar səfəri

2015-ci il 12 iyun - Prezident Aleksandr Lukaşenkonun işgüzar səfəri

2015-ci il 27-28 noyabr - Prezident İlham Əliyevin rəsmi səfəri

2016-cı il 28-29 noyabr - Prezident Aleksandr Lukaşenkonun rəsmi səfəri

2018-ci il 18-19 noyabr - Prezident İlham Əliyevin rəsmi səfəri

2021-ci il 13-14 aprel - Prezident Aleksandr Lukaşenkonun işgüzar səfəri 

 

 Hökumət başçılarının səfərləri:

 2001-ci il 8-9 avqust- Baş nazir Vladimir Yermoşinin rəsmi səfəri

2004-cü il 30 mart - 01 aprel - Baş nazir Artur Rasi-zadənin rəsmi səfəri

2004-cü il 5-7 noyabr - Baş nazir Sergey Sidorskiyin rəsmi səfəri

2006-cı il 24 noyabr - Baş nazir Artur Rasi-zadənin işgüzar səfəri

2007-ci il 28-29 mart - Baş nazir Sergey Sidorskiyin rəsmi səfəri

2008-ci il 23 may - Baş nazir Artur Rasi-zadənin işgüzar səfəri

2009-cu il 7 iyul - Baş nazir Sergey Sidorskiyin işgüzar səfəri

2011-ci il 7-8 iyul - Baş nazir Mixail Myasnikoviçin rəsmi səfəri

2015-ci il 23 iyul - Baş nazir Artur Rasi-zadənin işgüzar səfəri

2021-ci il 13-14 oktyabr - Baş nazir Əli Əsədovun işgüzar səfəri

2022-ci il 18-19 may - Baş nazir Roman Qolovçenkonun səfəri

 

Parlament sədrlərinin səfərləri:

 2008-ci il 18-19 iyun - Nümayəndələr Palatasının sədri Vadim Popovun işgüzar səfəri

2009-cu il 12-14 oktyabr - Milli Məclisin sədri Oqtay Əsədovun rəsmi səfəri

2010-cu il 7 noyabr - Nümayəndələr Palatasının sədri Vadim Popovun işgüzar səfəri

2011-ci il 16-17 noyabr - Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun rəsmi səfəri

2016-cı il 25-27 aprel - Respublika Şurasının sədri Mixail Myasnikoviçin işgüzar səfəri

2017-ci il 10-13 oktyabr - Milli Məclisin sədri Oqtay Əsədovun rəsmi səfəri

2018-ci il 20-21 sentyabr - Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun işgüzar səfəri

2019-cu il 20-21 iyun - Milli Məclisin sədri Oqtay Əsədovun işgüzar səfəri

2019-cu il 25-26 oktyabr - Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun işgüzar səfəri

 

Xarici işlər nazirlərinin səfərləri:

2013-cü il 10-11 iyun nazir Vladimir Makeyin rəsmi səfəri

2014-cü il 5-7 oktyabr nazir Elmar Məmmədyarovun rəsmi səfəri

2018-ci il 21-22 iyun nazir Elmar Məmmədyarovun işgüzar səfəri

2021-ci il 13-14 oktyabr nazir Ceyhun Bayramovun işgüzar səfəri

 

 Parlamentlərarası əlaqələr

Azərbaycan və Belarus Parlamentləri arasında yüksək səviyyədə əməkdaşlıq mövcuddur.

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Belarus Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu fəaliyyət göstərir. Qrup 23 nəfər millət vəkilindən ibarətdir. İşçi Qrupun rəhbəri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadədir.

Belarus Respublikası Milli Məclisində Belarus-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu fəaliyyət göstərir. Qrup 9-u Respublika Şurası, 10-u isə Nümayəndələr Palatasından olmaqla 19 millət vəkilindən ibarətdir. İşçi Qrupun rəhbəri Respublika Şurasının regional siyasət və yerli idarəetmə üzrə Daimi Komissiyasının sədri Rusıy Mixail İvanoviçdir.

 

Ticarət və İqtisadi əməkdaşlıq

İqtisadi əməkdaşlıq

Azərbaycanla Belarus arasında iqtisadi əlaqələrin davamlı inkişaf meylləri müşahidə olunur. İkitərəfli münasibətlərin iqtisadi və humanitar sahələrinin perspektivlərini əhatə edən sənədlər  “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında Müqavilə” və onun tərkib hissəsi olan, iki ölkə arasında  bu sahədə əməkdaşlığın istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı”dır. Bu Proqramda nəzərdə tutulmuş tədbirlərin ardıcıllıqla həyata keçirilməsi iki ölkə arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etməsinə imkan yaradır.

Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədi ilə Minsk şəhərində “Azərbaycan Ticarət Evi”, Azərbaycanda isə Belarus mağazalarının şəbəkəsi fəaliyyət göstərir.

 

Hökumətlərarası Komissiya

İkitərəfli  iqtisadi əməkdaşlığın daha da genişlənməsində Hökumətlərarası Komissiya əhəmiyyətli rol oynamaqdadır. 23 iyun 2004-cü il tarixdən Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Əli Əhmədov, Belarus tərəfindən isə Baş nazirin müavini İqor Viktoroviç Petrişenkodur.

 İndiyədək Komissiyanın 13 iclası keçirilmişdir. Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın sonuncu  (13-cü) iclası 15 mart 2023-cü il tarixdə Bakı şəhərində keçirilmiş və iclasın yekunlarına dair Protokol, eləcə də Belarus və Azərbaycan arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır.

 

Ticarət dövriyyəsi

                                     İkitərəfli ticarət (min ABŞ dolları ilə)

 

İllər

Ticarət Dövriyyəsi

            İxrac

                 İdxal

               Saldo

2020

                313 163,0

     164 915,5

         148 248,2

         +16 667,3

2021

              424 489,28

   295 502,27

       128 987,01

   + 166 515, 26

2022

              363 597,73

     96 864,17

       266 733,56

      -169 869,39

2023

              356 590,39

     31 816,59

      324 772,80

      -292 956,21

Mənbə: AR Dövlət Gömrük Komitəsi

 Azərbaycandan Belarusa ixrac olunan mallar:

Spirtli və spirtsiz içkilər, meyvə və giləmeyvə konservləri, təzə meyvə-tərəvəz, qoz, fındıq, meyvə şirələri, polimer xammalı və s.

Belarusdan Azərbaycana idxal olunan mallar:

Kənd təsərrüfatı texnika və avadanlıqları, meşə sənayesi məhsulları, transformatorlar, elektrik naqillər, dərmanlar, kənd təsərrüfatı məhsulları və s 

 

 

Humanitar sahədə əməkdaşlıq

İki ölkə arasında mədəniyyət, turizm, idman, elm və təhsil sahələrində əməkdaşlıq uğurla inkişaf edir. Qarşılıqlı olaraq Azərbaycan nümayəndə heyətləri Belarusda, Belarus nümayəndə heyətləri Azərbaycanda keçirilən bir sıra humanitar tədbirlərdə iştirak edir.

Belarus və Azərbaycan Elmlər Akademiyaları, eləcə də hər iki ölkənin ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. M.Tanka adına Belarus Dövlət Pedaqoji Universitetində və Minsk Dövlət Linqivistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzləri fəaliyyət göstərir.

2022-ci ildə Böyük Vətən Müharibəsi illərində Belarus torpaqlarının işğaldan azad edilməsində iştirak etmiş Azərbaycan əsgərlərindən bəhs edən “Azərbaycan döyüşçüləri - Belarus torpağının qəhrəmanları” adlı kitab çap olunmuşdur.

2022-ci ildə Minsk şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli ucaldılmışdır.

Arxiv üzrə axtarış