Səfirliyin əməkdaşları ağacəkmə aksiyasında iştirak edib
Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin nümayəndələri MDB İcraiyyə Komitəsinin təşəbbüsü ilə keçirilən “Meşə! Xeyirxahlıq! Nizam-intizam!” respublika könüllü aksiyasında iştirak ediblər.
Jodino ərazisində təşkil olunan birgə aksiya çərçivəsində təxminən üç hektar sahədə 18 minə yaxın iynəyarpaqlı və enliyarpaqlı ağac tingisi əkilmişdir.