Azərbaycan Respublikası vətəndaşlığını bərpa etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edir.
-
Ərizə-anket (azərbaycan dilində, latın əlifbası ilə yazılmalıdır) - 5 nüsxə;
-
Azərbaycan Respublikası Prezidentinin adına ərizə (azərbaycan dilində, latın əlifbası ilə yazılmalıdır) – 5 nüsxə;
-
Tərcümeyi-hal (azərbaycan dilində, latın əlifbası ilə yazılmalıdır) – 5 nüsxə;
-
Fotoşəkil (3x4 ölçüdə) – 5 ədəd;
-
Dövlət rüsumunun ödənilməsi haqqında qəbz 60 ABŞ dolları (bank hesabı barədə məlumat səfirlikdə verilir);
-
Şəxsiyyəti təsdiq edən sənədlərin surəti - 5 nüsxə (notariat qaydasında təsdiqli);
-
QİÇS müayinəsindən keçməsi və ümumi sağlamlıq haqqında arayış - 5 nüsxə (notariat qaydasında təsdiqli);
-
Hepatit B və C haqqında arayış - 5 nüsxə (notariat qaydasında təsdiqli);
-
Vərəm əleyhinə dispanserindən arayış - 5 nüsxə (notariat qaydasında təsdiqli);
-
Dəri-zöhrəvi dispanserindən arayış - 5 nüsxə (notariat qaydasında təsdiqli);
-
Ruhi-əsəb dispanserindən arayış - 5 nüsxə (notariat qaydasında təsdiqli);
Azərbaycan Respublikası vətəndaşlığına bərpa ilə bağlı vəsatət qaldıran şəxs yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə müraciət etdikdə aşağıdakı sənədlər əlavə olunmalıdır:
-
Digər valideynin razılıq ərizəsi - 5 nüsxə (notariat qaydasında təsdiqli);
-
Digər valideynin pasportunun surəti - 5 nüsxə (notariat qaydasında təsdiqli);.
-
Nikah haqqında şəhadətnamənin surəti - 5 nüsxə (notariat qaydasında təsdiqli);
-
14-18 yaşlı uşaqların razılıq ərizələri - 5 nüsxə (notariat qaydasında təsdiqli);
Qeyd: Ərizə-anket və ərizədə vəsatət qaldıran şəxsin yetkinlik yaşına çatmayan uşaqlarının da adları qeyd olunmalı, həmçinin 4 ədəd fotoşəkilləri (3x4 ölçüdə) təqdim olunmalıdır.