Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi

Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün tələb olunan sənədlərin siyahısı:

  1. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə Ərizə-anket - 5 (beş) nüsxədə azərbaycan dilində (latın əlifbası) tam doldurulmalıdır;
  2. Tərcümeyi-hal - 5 (beş) nüsxədə azərbaycan dilində (latın əlifbası);
  3. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün səbəbini göstərməklə Azərbaycan Respublikası Prezidentinin adına ərizə (sərbəst formada) - 5 (beş) nüsxədə azərbaycan dilində (latın əlifbası);
  4. Səfirliyə ərizə;
  5. 5 (beş) ədəd rəngli fotoşəkil (35 mm x 45 mm);
  6. Ərizəçinin şəxsiyyətini təsdiq edən və digər mövcud sənədlərin surəti (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi bilet, nikah haqqında şəhadətnamə və sairə) – 5 (beş) nüsxədə;
  7. Hərbi xidmət öhdəliyinin olmaması barədə sənəd (hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti və ya qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsindən arayış) - 5 (beş) nüsxədə;
  8.  yaşayış yerindən ailə tərkibi haqqında arayış - 5 (beş) nüsxədə;
  9. Belarus Respublikasının rəsmi orqanları tərəfindən ərizəçinin Belarus Respublikasının vətəndaşlığına qəbul ediləcəyinə dair təminat məktubu - 5 (beş) nüsxədə;
  10. Ərizəçinin Belarus Respublikasında yaşaması haqqında icazə - 5 (beş) nüsxədə;
  11. Şəxsin vətəndaşlığına xitam verilməsi üçün 60 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilməlidir.

Qeyd: Əgər ərizəçi 14 yaşı tamam olmayan azyaşlı uşağı (uşaqları) ilə birgə vəsatəti təqdim edirsə:

  1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə-anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);
  2. uşağın (uşaqların) fotoşəkilləri - 5 (beş) nüsxədə;
  3. uşağa (uşaqlara) aid sənədlər (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə) - 5 (beş) nüsxədə;
  4. uşağın (uşaqların) Belarus Respublikasının vətəndaşlığına qəbul ediləcəyinə dair təminat məktubu - 5 (beş) nüsxədə (əgər valideynin təminat məktubunda uşağın (uşaqların) adı (adları) qeyd edilibsə bu sənədin təqdim edilməsinə ehtiyac yoxdur);
  5. uşağın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz edilmədiyinə dair digər valideynin razılıq ərizəsi - 5 (beş) nüsxədə (ərizə notariat qaydasında təsdiq edilməlidir. Əgər sənədlər ərizəçilər tərəfindən Səfirlikdə şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur) və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə;

Qeyd: Əgər ərizəçi 14 – 18 yaşında olan uşaqları ilə birgə vəsatəti təqdim edirsə:

  1. həmin uşaq (uşaqlar) haqqında məlumatlar valideyn tərəfindən doldurulan Ərizə-anketə yazılmalıdır (ərizə-anketin 14-cü bəndi);
  2. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün Azərbaycan Respublikası Prezidentinə Ərizə-anket (ərizə-anket 5 (beş) nüsxədə doldurulmalı) azərbaycan dilində;
  3. 5 (beş) ədəd rəngli fotoşəkil (35 mm x 45 mm);
  4. uşağa (uşaqlara) aid sənədlərin surəti (pasport, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və sairə) - 5 (beş) nüsxədə;
  5. 5 (beş) nüsxədə tərcümeyi-hal azərbaycan dilində;
  6. uşağın (uşaqların) valideynlə birgə Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etmədiyinə dair razılıq ərizəsi 5 (beş) nüsxədə (ərizə notariat qaydasında təsdiq edilməlidir). Əgər sənədlər ərizəçilər tərəfindən Səfirlikdə şəxsən təqdim edilirsə, razılıq ərizəsinin notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur);
  7. hər iki valideynin uşağın (uşaqların) Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsinə etiraz etməməsinə dair razılıq ərizəsitəqdim ediliməlidir və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə 5 (beş) nüsxədə;
  8. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti - 5 (beş) nüsxədə (15 yaşdan yuxarı oğlan uşaqlarına şamil edilir);

 

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti