Pasportu itmiş, yararsız hala düşmüş və ya pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı sənədləri təqdim etdikdə qayıdış şəhadətnaməsi ala bilər:
-
pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə pasportun əsli təqdim edilməlidir. Eyni zamanda, Pasport itirildikdə və ya oğurlandıqda polis orqanlarından və ya müvafiq səlahiyyətli təşkilatlardan arayış təqdim edilməlidir;
-
2 ədəd rəngli 3x4 ölçüdə fotoşəkil;
-
ərizə-anket;
-
üzərində fotoşəkil olan, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığını müəyyənləşdirən etibarlıq müddəti bitməmiş sənədlərdən birinin surəti (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bilet, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi);
-
vətəndaşın şəxsi iştirakı mütləqdir.
-
qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün 10 ABŞ dolları ödənilməsini təsdiq edən qəbzin əsli;
Qeyd: 18 yaşına çatmayan vətəndaşlar üçün vətənə qayıdış şəhadətnaməsinin verilməsinə görə aşağıdakı sənədlər tələb olunur:
-
doğum haqqında şəhadətnamənin əsli
-
pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə pasportun əsli təqdim edilməlidir. Eyni zamanda, Pasport itirildikdə və ya oğurlandıqda polis orqanlarından və ya müvafiq səlahiyyətli təşkilatlardan arayış təqdim edilməlidir
-
2 ədəd 3x4 ölçüdə fotoşəkil
-
ərizə-anket
-
valideynlərin nikah haqqında şəhadətnaməsinin əsli və surəti
-
valideynlərin uşağa qayıdış şəhadətnamənin rəsmiləşdirilməsi üçün razılıq ərizəsi (valideynlərin və uşaqların iştirakı mütləqdir)
-
18 yaşına çatmayan vətəndaşlar üçün qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur;
Qeyd: Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.