news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 aprel 2022

Səfir Ülvi Baxşəliyevin Koreya Respublikasının Belarusa yeni təyin olunmuş Səfiri Pak Du Sunla görüşü

18 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Belarusdakı Səfirliyində Səfir Ülvi Baxşəliyevin Koreya Respublikasının Belarusa yeni təyin olunmuş Səfiri Pak Du Sunla görüşü keçirilmişdir.

Görüş zamanı tərəflər Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparmışlar.

Eyni zamanda Səfir Ü.Baxşəliyev 44 günlük Vətən Müharibəsi və işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barəsində Koreyalı həmkarına ətraflı məlumat vermişdir.

 Tərəflər Səfirliklər arasında işçi əlaqələrin və əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirmişlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti