news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 fevral 2024

Səfir Məhərrəm Əliyev ilə Türkiyənin Belarusdakı səfiri Cem İşıq arasında nəzakət görüşü baş tutmuşdur

05 fevral 2024-cü il tarixdə Səfir Məhərrəm Əliyev ilə Türkiyənin Belarusdakı səfiri Cem İşıq arasında nəzakət görüşü baş tutmuşdur.

Görüşdə hər iki ölkənin dövlət başçılarının birgə səyləri ilə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin bu gün ən yüksək səviyyədə olduğu vurğulanıb, “Bir millət, iki dövlət” şüarına uyğun olaraq sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığının regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etdiyi qeyd olunub.

Həmçinin Azərbaycan və Türkiyənin Belarusdakı diplomatik nümayəndəlikləri arasında bərqərar olunmuş sıx əməkdaşlıqdan bəhs olunub, bu qardaşlıq ənənələrinin davam olunmasına dair əminlik bildirilib.

Görüş zamanı tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti