news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 fevral 2020

Azərbaycan ilə Belarus arasında təhlükəsizlik məsələləri müzakirə olunub

Fevralın 7-də Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov bu ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Belarus ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, energetika və sənaye sahələrində əməkdaşlıq, eləcə də beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə müsbət dinamikasını vurğulayıb, strateji tərəfdaşlıq, əlaqələrin möhkəmləndirilməsi və birgə təhlükəsizlik layihələrinin həyata keçirilməsinə sadiq olduqlarını bir daha qeyd ediblər.

https://azertag.az/xeber/1407949

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti