news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 oktyabr 2021

Aleksandr Lukaşenko: Azərbaycan Belarusu ardıcıl və təmənnasız dəstəkləyən qardaş ölkədir

Azərbaycan Belarusu ardıcıl və təmənnasız dəstəkləyən qardaş ölkə və strateji tərəfdaşımızdır.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu fikri sentyabrın 30-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyevin etimadnaməsini qəbul edərkən söyləyib.

Belarus Prezidenti etimad və etibara görə ölkəsi adından və şəxsən öz adından bütün Azərbaycan xalqına, dostu, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti