Azərbaycan Respublikası vətəndaşlığına bərpa olunma

 

Azərbaycan Respublikası vətəndaşlığını bərpa etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edir.

  • Ərizə-anket (azərbaycan dilində, latın əlifbası ilə yazılmalıdır) - 5 nüsxə;

  • Azərbaycan Respublikası Prezidentinin adına ərizə (azərbaycan dilində, latın əlifbası ilə yazılmalıdır) – 5 nüsxə;

  • Tərcümeyi-hal (azərbaycan dilində, latın əlifbası ilə yazılmalıdır) – 5 nüsxə;

  • Fotoşəkil (3x4 ölçüdə) – 5 ədəd;

  • Dövlət rüsumunun ödənilməsi haqqında qəbz 60 ABŞ dolları (bank hesabı barədə məlumat səfirlikdə verilir);

  • Şəxsiyyəti təsdiq edən sənədlərin surəti - 5 nüsxə (notariat qaydasında təsdiqli);

  • QİÇS müayinəsindən keçməsi və ümumi sağlamlıq haqqında arayış - 5 nüsxə (notariat qaydasında təsdiqli);

  • Hepatit B və C haqqında arayış - 5 nüsxə (notariat qaydasında təsdiqli);

  • Vərəm əleyhinə dispanserindən arayış - 5 nüsxə (notariat qaydasında təsdiqli);

  • Dəri-zöhrəvi dispanserindən arayış - 5 nüsxə (notariat qaydasında təsdiqli);

  • Ruhi-əsəb dispanserindən arayış - 5 nüsxə (notariat qaydasında təsdiqli);

Azərbaycan Respublikası vətəndaşlığına bərpa ilə bağlı vəsatət qaldıran şəxs yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə müraciət etdikdə aşağıdakı sənədlər əlavə olunmalıdır:

  • Digər valideynin razılıq ərizəsi - 5 nüsxə (notariat qaydasında təsdiqli);

  • Digər valideynin pasportunun surəti - 5 nüsxə (notariat qaydasında təsdiqli);.

  • Nikah haqqında şəhadətnamənin surəti - 5 nüsxə (notariat qaydasında təsdiqli);

  • 14-18 yaşlı uşaqların razılıq ərizələri - 5 nüsxə (notariat qaydasında təsdiqli);

Qeyd: Ərizə-anket və ərizədə vəsatət qaldıran şəxsin yetkinlik yaşına çatmayan uşaqlarının da adları qeyd olunmalı, həmçinin 4 ədəd fotoşəkilləri (3x4 ölçüdə) təqdim olunmalıdır.     



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti