İkitərəfli münasibətlər
İkitərəfli münasibətlər
İkitərəfli münasibətlərə

Azərbaycan-Belarus əlaqələri

 

Siyasi münasibətlər

 

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə yaradılmışdır.  2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə Səfirliklər açılmışdır. 

Azərbaycanın Belarusda hazırkı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev etimadnaməsini 15 fevral 2024-cü il tarixdə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təqdim etmişdir. 

Belarusun Azərbaycanda hazırkı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç etimadnaməsini 13 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.

Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun 2-3 may 2007-ci il tarixlərində Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası və Belarus Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə, o cümlədən  Azərbaycan və Belarus prezidentləri tərəfindən 28 noyabr 2016-cı ildə Bakıda qəbul olunmuş Birgə Bəyanat ikitərəfli münasibətlərin inkişafına əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas siyasi sənədlərdir.

Azərbaycan ilə Belarus BMT, ATƏT, MDB kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, ənənəvi olaraq bir birinə qarşılıqlı dəstək verirlər.

 

Dövlət başçılarının səfərləri:

2006-cı il 17-18 oktyabr - Prezident İlham Əliyevin rəsmi səfəri

2006-cı il 27-28 noyabr - Prezident İlham Əliyevin işgüzar səfəri

2007-ci il 1-3 may -  Prezident Aleksandr Lukaşenkonun rəsmi səfəri

2009-cu il 11-13 noyabr - Prezident İlham Əliyevin rəsmi səfəri

2010-cu il 3-4 iyun - Prezident Aleksandr Lukaşenkonun rəsmi səfəri

2012-ci il 28-29 avqust - Prezident İlham Əliyevin rəsmi səfəri

2013-cü il 20-21 noyabr - Prezident Aleksandr Lukaşenkonun rəsmi səfəri

2013-cü il 25 oktyabr - Prezident İlham Əliyevin işgüzar səfəri

2014-cü il 9-10 oktyabr - Prezident İlham Əliyevin işgüzar səfəri

2015-ci il 12 iyun - Prezident Aleksandr Lukaşenkonun işgüzar səfəri

2015-ci il 27-28 noyabr - Prezident İlham Əliyevin rəsmi səfəri

2016-cı il 28-29 noyabr - Prezident Aleksandr Lukaşenkonun rəsmi səfəri

2018-ci il 18-19 noyabr - Prezident İlham Əliyevin rəsmi səfəri

2021-ci il 13-14 aprel - Prezident Aleksandr Lukaşenkonun işgüzar səfəri 

2024-cü il 16-17 may- Prezident Aleksandr Lukaşenkonun rəsmi səfəri

2024-сü il 11-12 noyabr-Prezident Aleksandr Lukaşenkonun işgüzar səfəri

 

 Hökumət başçılarının səfərləri:

 2001-ci il 8-9 avqust- Baş nazir Vladimir Yermoşinin rəsmi səfəri

2004-cü il 30 mart - 01 aprel - Baş nazir Artur Rasi-zadənin rəsmi səfəri

2004-cü il 5-7 noyabr - Baş nazir Sergey Sidorskiyin rəsmi səfəri

2006-cı il 24 noyabr - Baş nazir Artur Rasi-zadənin işgüzar səfəri

2007-ci il 28-29 mart - Baş nazir Sergey Sidorskiyin rəsmi səfəri

2008-ci il 23 may - Baş nazir Artur Rasi-zadənin işgüzar səfəri

2009-cu il 7 iyul - Baş nazir Sergey Sidorskiyin işgüzar səfəri

2011-ci il 7-8 iyul - Baş nazir Mixail Myasnikoviçin rəsmi səfəri

2015-ci il 23 iyul - Baş nazir Artur Rasi-zadənin işgüzar səfəri

2021-ci il 13-14 oktyabr - Baş nazir Əli Əsədovun işgüzar səfəri

2022-ci il 18-19 may - Baş nazir Roman Qolovçenkonun rəsmi səfəri

2024-cü il 2-4 oktyabr-Baş nazir Əli Əsədovun rəsmi səfəri

2025-ci il 5-6 may- Baş nazir Aleksandr Turçinin rəsmi səfəri

2025-ci il 29 sentyabr-1 oktyabr Baş nazir Əli Əsədovun işgüzar səfəri

 

Parlament sədrlərinin səfərləri:

 2008-ci il 18-19 iyun - Nümayəndələr Palatasının sədri Vadim Popovun işgüzar səfəri

2009-cu il 12-14 oktyabr - Milli Məclisin sədri Oqtay Əsədovun rəsmi səfəri

2010-cu il 7 noyabr - Nümayəndələr Palatasının sədri Vadim Popovun işgüzar səfəri

2011-ci il 16-17 noyabr - Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun rəsmi səfəri

2016-cı il 25-27 aprel - Respublika Şurasının sədri Mixail Myasnikoviçin işgüzar səfəri

2017-ci il 10-13 oktyabr - Milli Məclisin sədri Oqtay Əsədovun rəsmi səfəri

2018-ci il 20-21 sentyabr - Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun işgüzar səfəri

2019-cu il 20-21 iyun - Milli Məclisin sədri Oqtay Əsədovun işgüzar səfəri

2019-cu il 25-26 oktyabr - Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenkonun işgüzar səfəri

2024-cü il 9-12 iyun -Milli Məclisin sədri Sahibə Qafarovanın rəsmi səfəri

2025-ci il 18 fevral-Respublika Şurasının sədri Natalya Koçanovanın rəsmi səfəri

2026-cı il 18-19 may - Nümayəndələr Palatasının sədri İqor Serqeyenkonun rəsmi səfəri

 

Xarici işlər nazirlərinin səfərləri:

2013-cü il 10-11 iyun -nazir Vladimir Makeyin rəsmi səfəri

2014-cü il 5-7 oktyabr -nazir Elmar Məmmədyarovun rəsmi səfəri

2018-ci il 21-22 iyun -nazir Elmar Məmmədyarovun işgüzar səfəri

2021-ci il 13-14 oktyabr -nazir Ceyhun Bayramovun işgüzar səfəri

2024-cü il 11-12 aprel -nazir Ceyhun Bayramovun işgüzar səfəri

2024-сü il 16-17 may-nazir Serqey Aleynikin işgüzar səfəri

2024-сü il 11-12 noyabr-nazir Maksim Rıjenkovun işgüzar səfəri

 

 Parlamentlərarası əlaqələr

Azərbaycan və Belarus Parlamentləri arasında yüksək səviyyədə əməkdaşlıq mövcuddur.

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Belarus Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu fəaliyyət göstərir. Qrup 23 nəfər millət vəkilindən ibarətdir. İşçi Qrupun rəhbəri Ziyad Səmədzadədir.

Belarus Respublikası Milli Məclisində Belarus-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu fəaliyyət göstərir. Qrup 14 millət vəkilindən ibarətdir. İşçi Qrupun rəhbəri Respublika Şurasının qanunvericilik və dövlət quruculuğu üzrə Daimi Komissiyasının sədri Rusıy Mixail İvanoviçdir.

 

Ticarət və İqtisadi əməkdaşlıq

İqtisadi əməkdaşlıq

Azərbaycanla Belarus arasında iqtisadi əlaqələrin davamlı inkişaf meylləri müşahidə olunur. İkitərəfli münasibətlərin iqtisadi və humanitar sahələrinin perspektivlərini əhatə edən sənədlər  “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında Müqavilə” və onun tərkib hissəsi olan, iki ölkə arasında  bu sahədə əməkdaşlığın istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı”dır. Bu Proqramda nəzərdə tutulmuş tədbirlərin ardıcıllıqla həyata keçirilməsi iki ölkə arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etməsinə imkan yaradır.

Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədi ilə Minsk şəhərində “Azərbaycan Ticarət Evi”, Azərbaycanda isə Belarus mağazalarının şəbəkəsi fəaliyyət göstərir.

 

Hökumətlərarası Komissiya

İkitərəfli  iqtisadi əməkdaşlığın daha da genişlənməsində Hökumətlərarası Komissiya əhəmiyyətli rol oynamaqdadır. 23 iyun 2004-cü il tarixdən Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirin müavini Natalya Petkeviçdir.

 İndiyədək Komissiyanın 16 iclası keçirilmişdir. Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın sonuncu  (16-cı) iclası 2 iyun 2026-cı il tarixdə Minsk şəhərində keçirilmiş və iclasın yekunlarına dair Protokol, eləcə də Belarus və Azərbaycan arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır.

 

Ticarət dövriyyəsi

                                     İkitərəfli ticarət (min ABŞ dolları ilə)

 

İllər

Ticarət Dövriyyəsi

            İxrac

                 İdxal

               Saldo

2020

               313163,0

     164915,5

        148248,2

        +16667,3

2021

             424489,28

   295502,27

      128987,01

   +166515,26

2022

             363597,73

     96864,17

      266733,56

     -169869,39

2023

             356590,39

     31816,59

      324772,80

     -292956,21

2024              506171,92      48486,74           457685,18      -409198,44
2025              428168,66      79091,59       349077,07      -269985,48

Mənbə: AR Dövlət Gömrük Komitəsi

 Azərbaycandan Belarusa ixrac olunan mallar:

Spirtli və spirtsiz içkilər, meyvə və giləmeyvə konservləri, təzə meyvə-tərəvəz, qoz, fındıq, meyvə şirələri, polimer xammalı və s.

Belarusdan Azərbaycana idxal olunan mallar:

Kənd təsərrüfatı texnika və avadanlıqları, meşə sənayesi məhsulları, transformatorlar, elektrik naqillər, dərmanlar, kənd təsərrüfatı məhsulları və s 

 

 

Humanitar sahədə əməkdaşlıq

İki ölkə arasında mədəniyyət, turizm, idman, elm və təhsil sahələrində əməkdaşlıq uğurla inkişaf edir. Qarşılıqlı olaraq Azərbaycan nümayəndə heyətləri Belarusda, Belarus nümayəndə heyətləri Azərbaycanda keçirilən bir sıra humanitar tədbirlərdə iştirak edir.

Belarus və Azərbaycan Elmlər Akademiyaları, eləcə də hər iki ölkənin ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. M.Tanka adına Belarus Dövlət Pedaqoji Universitetində və Minsk Dövlət Linqivistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzləri fəaliyyət göstərir.

2022-ci ildə Böyük Vətən Müharibəsi illərində Belarus torpaqlarının işğaldan azad edilməsində iştirak etmiş Azərbaycan əsgərlərindən bəhs edən “Azərbaycan döyüşçüləri - Belarus torpağının qəhrəmanları” adlı kitab çap olunmuşdur.

2022-ci ildə Minsk şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli, 2026-cı ildə isə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstü ucaldılmışdır.

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti