Bakı Yay Enerji Məktəbinə qeydiyyat başladı (BSES2026) – 20 illik yubiley

6–7 iyul 2026-cı il tarixlərində ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfdaş qurumlar – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “BP Azerbaijan” və “Kolin Azerbaijan” ilə birgə Bakıda və Qarabağda 20-ci Bakı Yay Enerji Məktəbini (BSES2026) təşkil edəcəkdir.

 

Proqram Xəzər regionuna xüsusi diqqət yetirməklə enerji və ətraf mühit sahəsində mövcud çağırışların öyrənilməsi və daha dərindən dərk olunması məqsədilə dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, siyasətçiləri və ekspertləri bir araya gətirəcəkdir.

 

Proqram, tələb olunan sənədlər və qeydiyyat barədə daha ətraflı məlumat aşağıdakı keçid vasitəsilə əldə oluna bilər:

https://www.ada.edu.az/en/news/737-call-for-applications-baku-summer-energy-school-2026-20th-anniversary-edition



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti