news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 iyun 2026

Səfir Məhərrəm Əliyev "Belaya Rus" Partiyasının sədri ilə görüşüb

30 iyun 2026-cı il tarixdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Məhərrəm Əliyev və "Belaya Rus" Partiyasının sədri Olqa Çemadanova arasında görüş keçirilib.

Görüş zamanı ötən ay Belarus nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Şuşada imzalanmış Yeni Azərbaycan Partiyası (YAP) və "Belaya Rus" Partiyası arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumun icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan-Belarus münasibətlərinin bir sıra istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını vurğulayıb və konkret təklifləri müzakirə ediblər. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti