Səfir

Azərbaycan Respublikasının Belarus Respublikasındakı

 Fövqəladə və Səlahiyyətli Səfiri

 

Qəndilov Lətif Seyfəddin oğlu

31 avqust 1957-ci ildə    Bakı şəhərində anadan olmuşdur.

1974-1978                    - Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun, “Xalq Təsərüffatının İqtisadiyyatı və Planlaşdırması” fakültəsində təhsil almış və 1978-ci ildə həmin institutu  fərqlənmə diplomu ilə bitirmiş və Lenin təqaüdçüsü olmuşdur. Təyinatla “Xalq Təsərrüfatının İqtisadiyyatı və Planlaşdırması” kafedrasında saxlanılmışdır.

1978-1980                    - Hərbi xidmətdə olmuşdur

1981-1983                    - Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant

1983-1986                     - Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər sovetinin birgə təşkil etdiyi  Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi sonra isə böyük elmi işçisi

1984                            - “İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmlər namizədidir. (0805 ixtisası üzrə makroiqtisadiyyat)

1986-1995                     - Azərbaycan Texniki Universiteti, “İqtisadi nəzəriyyə” kafedrasının dosenti

1995-2001                     - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsinin  əvvəl ikinci katibi və sonra birinci katibi

2001-2004                    - Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi  sonra müşaviri

2004-2010                     - Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

Oktyabr 2008-2010      - Qazaxıstan Respublikasında Diplomatik korpusun duayeni

2010-2011                     - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi Katiblik idarəsinin rəisi

2011-2016                    - Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, eyni zamanda Monqolustanda, Vyetnam Sosialist Respublikasında və Koreya Xalq Demokratik Respublikasında  Fövqəladə və Səlahiyyətli Səfiri.

Dekabr 2016                 - Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

2009-                       Qazaxıstanın İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetinin fəxri doktoru

2009-   Neft-qaz sahəsində xidmətlərinə görə Qazaxıstanda ilin ən yaxşı diplomatı seçilmişdir

2010-   Qazaxıstan Prezidentinin sərəncamı ilə “Dostluq Ordeni” ilə təltif olunmuşdur

2016 – Pekin Dillər Universitetinin fəxri doktoru. Bu universitetdə Azərbaycan dili kafedrasını açılmasını təşkil etmişdir.

2019- Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Türkiyə, Qazaxıstan, Çin və Belarus mətbuatında ikitərəfli siyasi və iqtisadi münasibətlərə dair 200-ə yaxın müsahibə və məqalələri  yayılmışdır.

Xarici dillər: Rus, türk, ingilis

Evlidir, dörd övladı var.