2020-03-20
Belarusda müvəqqəti əsasda olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın nəzərinə

Belarusda müvəqqəti əsasda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə qayıtmalarını təmin etmək məqsədilə 21, 25, 29 mart 2020-ci il tarixlərində Minsk-Bakı istiqaməti üzrə çarter reysləri həyata keçiriləcəkdir.

Azərbaycana qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşları Səfirliklə qaynar xətt vasitəsilə əlaqə saxlamalı və “Belavia” şirkətindən göstərilən tarixlərə bilet əldə etməlidirlər.

əvvəlki xəbər