2019-01-31
Belarus Aviasiya Akademiyasında təhsil almaq istəyən azərbaycanlılara hər cür şərait yaradılacaq (FOTO)

31 yanvar 2019-cu ildə Belarus Elmlər Akademiyasının binasında Belarus Dövlət Aviasiya Akademiyasının magistratura pilləsini bitirən məzunlara diplomların təqdim olunma mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Belarus parlamentindən olan millət vəkili Valeri Kurseviç, Belarus Dövlət Aviasiya Akademiyasının rektoru Artyom Şeqideviç, səfir Lətif Qəndilov və digər rəsmi şəxslər çıxış edib.

Belarus Dövlət Aviasiya Akademiyasında magistr təhsilini bitirən Azərbaycanlı tələbə Əmirov Əmirin diplomu səfir Lətif Qəndilov tərəfindən təqdim olunub

Səfir Azərbaycanlı tələbənin də belə yüksək təhsil müəssisəsində magistr pilləsinin bitirməsinin təqdirəlayiq hal kimi qiymətləndirib və Belarusda elmin inkişafına böyük diqqət yetirildiyini, elmi potensialın yüksək olduğunu, kadr hazırlığı istiqamətində böyük nəticələr əldə olunduğunu qeyd edib.

Magistrların buraxılış mərasimindən sonra səfir L.Qəndilov Akademiyanın rektoru Artyom Şeqideviç ilə görüşüb və Azərbaycanın Milli Aviasiya Akademiyası ilə Belarus Dövlət Aviasiya Akademiyası arasında əməkdaşlığın qurulmasını təklif edib. Rektor A.Şeqideviç Azərbaycanın aviasiya sahəsində müasir təcrübəyə və böyük texniki imkanlara malik olduğunu xüsusi ilə vurğulayıb. Rektor Azərbaycanın Milli Aviasiya Akademiyası arasında əməkdaşlığın yaradılmasından şad olacaqlarını söyləyib. Səfir L.Qəndilov Belarus tərəfinin istəyi olacağı təqdirdə aviasiya sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün köməklik göstərəcəyini qeyd edib.

Qeyd etmək lazımdır ki, rektor A.Şeqideviç Belarus Aviasiya Akademiyasında təhsil almaq istəyən azərbaycanlı magistr və aspirantlara hər cür şəraitin yaradılacağını vurğulayıb.

növbəti xəbər əvvəlki xəbər